Təlim-məşq toplanışını Bakıda davam etdirən "Keşlə" daha bir yoxlama matçı keçirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 25-də saat 15:30-da I Divizion komandası "Kəpəz"lə qarşılaşacaq.
Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.