"Düşündüyümüz o idi ki, komanda yüklənmə altında oynasın".
Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
42 yaşlı mütəxəssis Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Çexiyanın "Bohemians" komandasına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına danışıb:
"Çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdı.
Ümumi götürsək, toplanışdan razı qaldım. Əlbəttə, çatışmayan cəhətlər var. İnanıram ki, bu çatışmazlıqları da aradan qaldıracağıq. Komanda kimi heç iki həftə deyil ki, bir yerdəyik. İnanıram ki, günü-gündən optimal formaya yaxınlaşacağıq.
Bu gün daha çox gənclərə şans verdik. "Bohemians"la oyun gənclər üçün təcrübə olacaq. “Sumqayıt”la kubok matçına 9 gün var. Bərpa prosesini tam keçib vətənə dönəndən sonra bütün düşüncə həmin qarşılaşma ilə bağlı olacaq”.