Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərov 36 yaşında karyerasını bərpa edib.
Fanat.Az xəbər verir ki, o, yeni mövsümdən Latviyanın elitasında çıxış edəcək "Super Nova" ilə 1 illik müqavilə bağlayıb.
Latviyada yeni mövsüm martda start götürəcək.
Müxtəlif Latviya klubları ilə yanaşı, "Sumqayıt", "Araz-Naxçıvan", "Zirə"də də çıxış etmiş Vüqar 2012-2013-cü illərdə Azərbaycan yığmasında 3 matça çıxıb.