Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Qambiya yığması Qvineya ilə görüşdə minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.
“Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane sonadək ehtiyatda qalıb.
Günün digər matçında Kamerun yığması Komor adaları ilə üz-üzə gəlib. Əksər futbolçuları koronavirusa yoluxmuş Komor adaları yığması bu görüşə hətta qapıçısız çıxıb. Üstəlik, 7-ci dəqiqədən azlıqda qalan rəqibi Kamerun çətinliklə mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, daha öncə Burkina Faso və Tunis yığmaları da 1/4 finala çıxıb.
Afrika Millətlər Kuboku
1/8 final
24 yanvar
Qvineya – Qambiya 0:1
Qol: Barrou, 71.
Kamerun – Komor adaları 2:1
Qollar: Ekambi, 29. Abubakar, 70 – Çanqama, 81.