Azərbaycan Premyer Liqasında çıxış etmiş Yevgeni Koçuk bundan sonra karyerasını Ermənistanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Moldova millisinin 28 yaşlı üzvü “Pünik"lə müqavilə bağlayıb.
Məlumatı İrəvan təmsilçisinin rəsmi saytı yayıb.
Daha öncə "Səbail" və "Sabah"ın uğurları üçün çalışmış Koçuk ötən il "Keşlə"də top qovub. O, "Keşlə" ilə yolları ayırandan sonra ölkəsinin “Zimbru" klubuna keçmişdi.