Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib
Fanat.Az xəbər verir ki, I dövrə çərçivəsində keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.
Yanvarın 26-da saat 18:00-da ikinci tur çərçivəsində “Express” “Sərhədçi”ni, ertəsi gün saat 16:00-da MOİK “Murov”u sınağa çəkəcək.
Yanvarın 29-da isə III turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.
Görüşlər “Murov”un idman zalında baş tutacaq.