Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında bu gün II turun təxirə salınan oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, günün ilk görüşündə “Abşeron” və “Azərreyl" üz-üzə gəlib. Matç birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Eldar Yusubovun yetirmələri turnir cədvəlində vahid lider olub.
Ardınca isə UNEC və "Murov" münasibətləri aydınlaşdırıb. Tay-breykə qədər davam edən dueldən UNEC qalib ayrılıb.
Super Liqa
II tur
"Azərreyl" - "Abşeron" 0:3 (19:25, 22:25, 17:25)
UNEC – "Murov" 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10)
Turnir cədvəli: Abşeron - 9 xal (9:0), "Azərreyl" - 6 (6:4), UNEC - 2 (4:8), Murov - 0 (2:9).