Niderland hökuməti dünən açıqladığı qərarlarla ölkədə tətbiq edilən sərt karantin rejimində yumşalmaya gedib.
Fanat.Az xəbər verir ki, nəticədə azarkeşlər üçün “yaşıl işıq” yandırılıb.
Belə ki, hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək. Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək.
Qeyd edək ki, həmin gün futzal üzrə millimiz Amstredamdakı “Ziggo Dome”də AÇ-nin final mərhələsi çərçivəsində Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.