Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda X turun görüşləri baş tutub. 36 yaşlı qrossmeysterimiz tur çərçivəsində ABŞ təmsilçisi Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xalını 6-ya çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
X tur
Sem Şenklend (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) 0,5:0,5
Vidit Santoş Qujrati (Hindistan) - Rameşbabu Praqnanandxa (Hindistan)
Fabiano Karuana (ABŞ) -Rixard Rapport (Macarıstan) 0:1
Daniil Dubov (Rusiya) - Nils Qrandelius (İsveç)
Andrey Yesipenko (Rusiya) -Yorden Van Forest (Niderland)
Aniş Giri (Niderland) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5