Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda istirahət günüdür. Sabah baş tutacaq XI turda qrossmeysterimiz rusiyalı Sergey Karyakinlə üz-üzə gələcək. Məmmədyarov partiyada ağ fiqurlarla mübarizə aparacaq.
Hazırda 6 xalı olan Şəhriyar turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Norveçli dünya çempionu Maqnus Karlsen 7 xalla birinci, yerli şahmatçı Aniş Giri 6,5 xalla ikinci sıradadır.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
XI tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)
Maqnus Karlsen (Norveç) - Vidit Santoş Qujrati (Hindistan)
Rameşbabu Praqnanandxa (Hindistan) - Fabiano Karuana (ABŞ)
Rixard Rapport (Macarıstan) - Daniil Dubov (Rusiya) Nils Qrandelius (İsveç) - Andrey Yesipenko (Rusiya)
Yorden Van Forest (Niderland) - Aniş Giri (Niderland)
Yan-Kşiştof Duda (Polşa) - Sem Şenklend (ABŞ)
Xal durumu: Karlsen - 7, Giri - 6,5, Məmmədyarov, Rapport - 6, Yesipenko, Qujrati, Karyakin - 5,5, Karuana - 5, Duda, Van Forest - 4,5, Şenklend - 4, Dubov, Praqnanandxa - 3,5, Qrandelius - 3.