UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan "Olimpik Marsel"i cərimələyib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.
Xəbərə görə, Fransa klubunun azarkeşləri “Lokomotiv”lə (Moskva) Avropa Liqası matçında priotexniki vasitələrdən istifadə ediblər. Bu səbəbdən UEFA Marsel təmsilçisini 17 500 avro məbləğində cərimələyib.
Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.