Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunan "Tata Steel Masters" superturnirində XII turun görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeysterimiz hindistanlı Vidit Santoş Qujrati ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov partiyanın 38-ci gedişində rəqibinə qalib gəlib.
Qələbə sayəsində xalını 7,5-ə çatdıran Şəhriyar turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa sabah - yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
XII tur
Vidit Santoş Qujrati (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0:1
Sergey Karyakin (Rusiya) - Sem Şenklend (ABŞ) 0:1
Fabiano Karuana (ABŞ) - Maqnus Karlsen (Norveç)
Daniil Dubov (Rusiya) - Rameşbabu Praqnanandxa (Hindistan) 0:1
Andrey Yesipenko (Rusiya) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Aniş Giri (Niderland) - Nils Qrandelius (İsveç) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Yorden Van Forest (Niderland) 0,5:0,5.