Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, seçməmiz Bosniya və Herseqovinaya 4:2 hesabı ilə qalib gəlsə də, qrupdan çıxa bilməyib.
Matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Joze Alesio Da Silva görüşü dəyərləndirib:
"Bu gün yaxşı oynadıq. Uşaqları təbrik edirəm. Amma turnir ərzində bəxtsizlik bizdən əl çəkmədi, sona qədər bizi izlədi. İlk oyundan əvvəl iki futzalçımızın COVID-19 testi pozitiv çıxdı. Onlar sağaldı gəldi, bu dəfə digər iki oyunçumuzun xidmətindən istifadə edə bilmədik”.Zədəli oyunçularımız oldu. Bir sözlə, problemlərdən qaça bilmədik. Əlbəttə, növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm. Amma uşaqlar yaxşı çıxış etdilər, istəkli, intizamlı, mübariz idilər, sona qədər qələbə qazanmaq üçün əllərindən gələni etdilər”.