AVRO-2022-də çıxışını başa vuran futzal üzrə Azərbaycan milli komandasının vətənə dönəcəyi tarix bəlli olub.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yığmamız bu gecə qitə birinciliyinin keçirildiyi Niderlanddan Bakıya uçacaq.
Hər şey planauyğun getsə, seçməmizi gətirən təyyarə yanvarın 31-də saat 6:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.
Qeyd edək ki, İspaniya, Gürcüstan, Bosniya və Herseqovina ilə birlikdə D qrupunda mübarizə aparan millimiz 4 xalla qrupda qalıb. İlk oyunda gözlənilmədən Gürcüstana uduzan (2:3) təmsilçimiz ardında İspaniya ilə bərabərə qalıb - 2:2. Joze Alesio Da Silvanın yetirmələri daha sonra Bosniya və Herseqovinanı 4:2 hesabı ilə yensə də, bu millimizin qrupdan çıxmasına bəs etməyib.
Nihat