"Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa şəxsi həyatı ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, ispaniyalı qolkiper "Miss Spain 2020" Andrea Martineslə eşq yaşayır.
O, "İnstagram" səhifəsində 2020-ci il İspaniya gözəli ilə münasibətdə olması barədə paylaşım edib. Arrizabalaqanın paylaşımı minlərlə izləyicisini təəccübləndirsə də, onu tanıyan bəzi ispan futbolçular, eləcə də şərh yazan digər məşhurlar tərəfindən xoş qarşılanıb.
David De Xea, Markos Alonso kimi bəzi ispan futbolçular, eləcə də Jorjinyo komanda yoldaşlarının paylaşımına romantik ifadə ilə reaksiya veriblər.