"Milan"ın təcrübəli oyunçusu Kevin Prince Boateng klubunda qalacaq.
İdman24.az xəbər verir ki, oyunçunun "Monako"ya transfer olacağı xəbərini "Milan" vitse-prezidenti Adriano Galliani inkar edib.
2014-cü ilə qədər San-Siro təmsilçisi ilə müqaviləsi olan ulduz haqda danışan Galliani "Boateng üçün təklif yoxdur. Heç bir klub onun üçün təklif göndərməyib və o da klubdan getmək istəmir. "Monako" ilə də bu mövzuda danışığımız olmayıb", deyib.
İdman24.az