Azərbaycan cüdoçusu Adil Kərimli Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ABŞ-dan olan III Smitlə qarşılaşıb. Kərimli dueldən məğlub ayrılaraq 5-ci yeri tutub.
Beləliklə, Azərbaycan yığması Qran-Prini 1 gümüş medalla başa vurub. Yeganə medalı Balabəy Ağayev (60 kq) qazanıb. Uşanqi Kokauri (+100 kq) isə 7-ci olub.
Komanda hesabında millimiz yarışı 41 ölkə arasında 16-cı pillədə tamamlayıb. İlk yeri 4 qızıl, 1 gümüş, 4 bürünc medalla Cənubi Koreya tutub.