5-6 fevralda Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 6 kişi cüdoçusunun çıxışı planlaşdırılır. Bunlar Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauridir (+100 kq).
Ümumilikdə indiyədək 58 ölkədən 344 (191 kişi, 153 qadın) cüdoçu nüfuzlu turnirdə iştirakını təsdiqləyib.
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət cüdo millisinin 5 üzvü 28-30 yanvarda Portuqaliyanın Almada şəhərində Qran-Pri turnirində mübarizə aparıb. Yığmamızda ən yaxşı nəticəyə Balabəy Ağayev imza atıb. 60 kiloqram çəki dərəcəsində yer alan 24 yaşlı idmançı gümüş medal qazanıb.