Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş "Tata Steel Masters" turnirində Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibləri məlum olub.
Fanat.Az xəbər verir ki, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən iştirakçılar təltif edilib.
Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameşbabu Praqnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Lami bu mükafata ikinci dəfə layiq görülüb.
Qeyd edək ki, Vüqar Həşimov mükafatı 2016-cı ildən təqdim olunur.