Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı daha 24 koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, testi pozitiv çıxanlardan 16-sı Çinin paytaxtına gələn yığma üzvləridir.
Onlardan 11-nin aeroportdakı testi müsbət nəticələnib. İnfeksiyaya yoluxan digər 8 nəfər isə təşkilatçılıqla bağlı çalışanlardır.
Yanvarın 23-dən sonrakı müddətdə 200 müsbət test qeydə alınıb. Onlardan 67-si idmançı və rəsmi şəxslərdir.
Qeyd edək ki, Olimpiada fevralın 4-dən 20-dək keçiriləcək. Azərbaycanı Oyunlarda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.