11:56 01.02.2022 424

Millimizin kapitanı: “Bu, mənim üçün sonuncu idi”

Futzal millimiz Niderlandda keçirilən AÇ-2022-nin final mərhələsində iştirakını başa vuraraq vətənə qayıdıb. Sözügedən ölkədə 3 görüş keçirən Joze Alesionun komandası ilk matçda Gürcüstan yığmasına 2:3 hesabı ilə məğlub oldu. Ardınca İspaniya ilə heç-heçə (2:2) edən komandamız, son görüşdə Bosniya və Hersoqovinanı udmağı bacardı. Bütün bunlara baxmayaraq, millimiz qrup mərhələsini adlaya bilmədi. 

Yığmanın ən təcrübəli üzvlərindən olan Rizvan Fərzəliyev Qaynarinfo-ya müsahibə verib.

Kapitan komandanın keçirdiyi oyunları dəyərləndirib və karyerasında sonuncu olacaq Avropa Çempionatı haqda təəssüratlarını da bölüşüb.

"İlk dəfə final mərhələsində iştirak edən komandaya uduzmağımız…”
 
- Komandanın AÇ-dəki çıxışını necə dəyərləndirirsiniz?
- AÇ-yə başlamazdan əvvəl Belçikaya yollandıq. Orada sonuncu yoxlama matçımızı keçirib daha sonra Avropa Çempionatına köklənmək istədik. Belçika ilə görüş kəşf xarakterli idi. Özümüzü Avropa Çempionatında necə göstərə biləcəyimizi öyrənmək istəyirdik. Məqsədimiz AÇ-dəki ilk - Gürcüstan milisinə qarşı matça tam köklənmək idi. Gürcülərlə oyun bizim üçün yaxşı başladı. 2:0 hesabı ilə öndə idik. Birinci hissənin sonuna az qalmış qol buraxdıq və fasiləyə 2:1 hesablı qələbə ilə yollandıq. İkinci hissədə komandaya əlavə güc lazım idi. Oyunçularımızdan Qallo ilə Rövşən Hüseynlinin testi pozitiv çıxdığı üçün onların gücündən istifadə edə bilmədik. Təbii, hər ikisi komandamız üçün dəyərli oyunçulardır. Sadəcə, yoluxduqlarına görə kənarda qaldılar. Əsas güc 6-7 nəfərin üzərinə düşdü. Belə oyunlarda da fiziki güc önəmlidir. Bəzi epizodlarda fiziki baxımdan çatdırmadıq. Digər tərəfdən öz səhvimiz üzündən qol da buraxdıq. Oyunun sonunda hakimlər qapımıza penalti təyin etdi. Ümumiyyətlə, deyərdim ki, ən bərbad hakimlik bu çempionatda oldu. Kimə, hansı vaxtda istəyirdilər sarı, ya da qırmızı vərəqə göstərirdilər. Haqsız qərarlar çıxarırdılar. Demək olar, əməlli-başlı birtərəfli hakimlik edirdilər. Penaltidən sonra oyunu xeyrimizə dəyişmək üçün 8 dəqiqə vaxtımız qalmışdı. Məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirməyə çalışırdıq. Ancaq bunun bizə köməyi olmadı. Daha doğrusu, qol vəziyyətlərindən yararlana bilmədik. Nəticədə oyun 2:3 hesablı məğlubiyyətlə bitdi. Bizim üçün finala bərabər qarşılaşma sayılırdı. İkinci oyunda dünyanın ən güclülərindən sayılan İspaniya millisi ilə görüşdük. Fikrimizi qətiləşdirmişdik, qrupdan çıxmalı idik. Rəhbərliyin bizə daha da yaxından stimul verib oyuna kökləməsi əhval-ruhiyyəmizi dəyişdi. İlk oyundakı nəticəyə baxmayaraq, İspanlara qarşı tam fərqli çıxış etdik. Demək olar, öhdəsindən gəldik. Dünya nəhənginə məğlub olmadıq. Üstün tərəf biz idik. Hər dəfə hesabda önə çıxırdıq və məhz onlar bizə gəlib çatmaq istəyirdi. Qələbəyə bərabər oyun idi. Ancaq heç-heçə ilə bitirdik. Üçüncü oyunda Bosniya və Hersoqovina ilə oynadıq. İspanların gürcülərə məğlub olmasını gözləyirdik. Şansımızı dəyərləndirib onları məğlub etdik. Ən azı qrupdan ikinci pillədə çıxmaq üçün şans vardı. Bu oyuna da tam köklənmişdik. 2:0 üstünlüyümüz vardı. Yenə də bir top buraxdıq. Daha sonra hesab 2:2 oldu. Adi səhvdən qol buraxa bilərdik. Şükürlər olsun, qarşısını aldıq. 3:2 önə keçəndən sonra bir qol da Qalo vurdu və oyun qələbəmizlə bitdi. Ancaq İspaniya Gürcüstan üzərində 8:0 hesablı qələbə qazandığı üçün qrupdan çıxmaq şansımız tükəndi. Belədə İspaniya birinci, Gürcüstan isə ikinci pilləni tutaraq qrupdan çıxdı.

- İspaniya gürcüləri 8:0 hesablı məğlub etdi. Biz isə ispanlarla heç-heçə oynadıq. Niyə gürcülərə qarşı eyni oyunu sərgiləyə bilmədik?
- Deməzdim sərgiləmədik. Başlanğıcda üstün tərəf biz idik. Hesab 2:0 olandan sonra Gürcüstan millisi əl-qolunu sallamış, qarşımızda aciz durumda idilər. Hər dəfə hücumlarının qarşısını layiqli şəkildə alırdıq. Lakin adi epizodda, öz səhvimizdən qol buraxdıq. Oyunçumuz düzgün mövqe seçməmişdi, yaxud da rəqibə çox yaxın oynamışdı. Belədə rəqib çevrildi və qapıçımızla üzbəüz qalaraq qol vurdu. 2:1-dən sonra, fiziki gücümüzü itirməmək üçün oynamayan futzalçılarımızdan istifadə edə bilərdik. Bütün güc cəmi 6-7 nəfərin üzərinə düşdüyü üçün çatdıra bilmədik. 

- Bu onu göstərmir ki, hesabda 2:0 irəlidə olandan sonra komanda arxayınlaşdı və rəqibi ciddiyə almadı?
- Arxayınlıq deməzdim. Bilirdik ki, gürcülərlə oyun bizim üçün finala bərabərdir. Ən vacib matçdır. 10 nəfərə yaxın əcnəbi futzalçıya vətəndaşlıq vermişdilər. Özü də tanınmış oyunçular idi. Həqiqətən də rəqiblər üçün təhlükəli idilər. Biz isə artıq 6-cı dəfədir Avropa Çempionatında oynayırdıq, bu baxımdan təcrübəli idik. Azarkeşlərin olmamasına baxmayaraq, meydançaya favorit kimi çıxmışdıq. Çünki onlar ilk dəfə idi bu çempionata qatılırdılar. İlk dəfə yarışa qatılan komandanın belə uğur qazanmasını təbii ki, sürpriz sayıram. Onlara udzmamalı idik. İlk dəfə Avropa Çempionatının final mərhələsində iştirak edən komandaya uduzmağımız, bizə pis təsir etdi.

"Boş qapıya tərəf gedən topu əlimlə kənara çıxardım”
 
- Qırılma nöqtəsi harada oldu?
- Gürcülərlə oyundan sonra şanslarımız çox azaldı. Bilirdik ki, İspaniya millisi qrupun favoritidir. İlk oyunda məğlubiyyətə baxmayaraq, İspaniyadan xal almağa qadir olduğumuzu hiss edirdik. Həqiqətən ispanlarla oyunlarda bəzən başabaş mübarizələr aparmışıq, yaxud minimal hesabla uduzmuşuq. Bu dəfə qarşımıza məqsəd qoymuşduq ki, uduzmayacağıq. Qrupdan çıxmaq şansımız ola bilərdi. Əslində üstünlük bizdə idi. Ancaq ispanlar elədir ki, kiçik bir boşluq tapdılarsa, dərhal yararlanır. 

- Hakimlərin səhvlərini qərəz kimi qiymətləndirmək olar?
- Hakim idarəçiliyi göz qabağında idi. Sanki düşünülmüşdü, bizi sıxışdırmaq niyyəti ilə meydana çıxmışdılar. Gürcüstan ilk dəfə idi bu çempionatda iştirak edirdi. Biz isə 6 dəfə oynamışıq. Hər halda bizə qarşı simpatiya olmalı idi. Hakimlər oyunçuları gördükcə yaxın münasibətlər yaranır. Sanki bizə qarşı düşünülmüş addım idi. Ya da başqa komandalardan məhz Azərbaycan millisini sıxışdırmaq üçün tapşırıq almışdılar. Birinci və üçüncü oyunda, mən deyərdim ki, hakimlər bizi "sürüdülər”. Xüsusən də Bosniya və Hersoqovina ilə matçda elə məqamlarda onların xeyrinə qərar verildi ki… Hansı ki, oyunçularımızı vurub yıxırdılar. Yaxud top oyunçularına dəyib meydandan çıxanda hakim elə onların lehinə qərar çıxarırdı. Birtərəfli hakimlik idi. Bunun da oyuna böyük təsiri oldu. Düzdür, bir dəfə top mənim əlimə dəymişdi. Daha doğrusu, boş qapıya tərəf gedən topu əlimlə kənara çıxardım. Burada penalti qərarı vermədilər. Amma elə bir məqamda rəqibin xeyrinə qərar qəbul etdilər ki, o ümumiyyətlə, penalti sayılmırdı. Çünki həmin anda mən yerə yıxılmamaq üçün əlimdən dayaq kimi istifadə etdim. Məhz həmin vaxt top əlimə dəymişdi. Bu isə penalti sayılmır. Heç qapıya zərbə də vurulmamışdı. Hakim isə fərqli qərar verdi. Digər epizodlarda sanki bizi bilərəkdən uduzdurmaq istəyirdilər. 

- Alesio uzun illərdir eyni taktikadan isifadə edir. Əvvəllər bu taktika daha uğurlu alınırdısa, son vaxtlar belə deyil. Bunun səbəbini nədə görürsünüz?
- Hər məşqçinin öz taktiki gedişləri var. Uzun illərdir, Alesionun tapşırıqlarını mükəmməl yerinə yetirməyə çalışırıq. AÇ-də taktikanı tam dəyişməsək də bəzi yeniliklər vardı. Müdafiədə birəbir mübarizə aparmağa daha çox üstünlük verilirdi. Əvvəl bir-birimizə daha çox kömək edirdik. Bu dəfə məşqçi bəzi oyunçuları nəzərə alaraq rəqibə qarşı birəbir mübarizəyə daha çox üstünlük verdi. Bu takika həqiqətən də ispanlarla oyunda uğurlu alındı. Gürcülərə də çox şans verməmişdik. Burxdığımız qolun taktika ilə əlaqəsi yoxdur. Sadəcə, topu qəbul edən rəqib iri cüssəli idi. Ramiz Çovdarov isə ona istəmədən çox yaxınlaşdı. O da cüssəsinin sayəsində çevrilib qapıçımızla təkbətək qaldı. Yəni, bu, oyunçunun fərdi keyfiyyəti hesabına baş verdi. İkinci hissədə bir qədər də güc əlavə edib rəqibi üstələmək olardı. 2:1-ə qədər gürcülərin şansı yox idi.

- AÇ-yə yollanmamışdan əvvəl Ukrayna millisi ilə iki yoldaşlıq matçı keçirdiniz və hər ikisində böyük hesabla məğlub oldunuz. Bu, komandanın yaxşı durumda olmadığı haqda bir siqnal deyildimi?
- Ukrayna ilə qarşılaşana qədər sonuncu matçımızı ötən il aprelin 14-də AÇ-nin seçmə mərhələsində Yunanıstana qarşı keçirmişdik. Apreldən sonra, 8 ay komandanın birlikdə olmaması artıq geriləmə anlamına gəlirdi. Bu müddət ərzində ən azı 2-3 dəfə yığılmalı idik, təlim-məşq toplanışı, yaxud yoldaşlıq görüşləri keçirməli idik. Sadəcə, imkan olmadığına görə komanda bir araya gələ bilmədi. Bu da Ukrayna ilə matçda "bəhrəsini” verdi. Çətin durumda olduğumuz göründü. Yanvarın 5-də təlim-məşq toplanışına başladıq. Komandanın bir araya gəlməsi üçün iki həftə vaxtımız oldu. Yaxşı hazırlaşmışdıq. Hiss edirdik ki, qrup mərhələsində ya bir, ya da ikinci pilləni tutub növbəti mərhələyə adlayacağıq. Ancaq deyərdim ki, öz səhvimizdən ilk oyunu əlimizdən buraxdıq. Əlbəttə, həyəcan da vardı. İstənilən matça çıxanda həyəcan olur. Ancaq Gürcüstanla oyunda məhz özümüzü favorit sayırdıq. İstər təcrübəmizə, istərsə də oyunçulara inanırdıq. Hesabı sona qədər qoruya bilmədik. 

"Qələbəmizi onlara həsr etdik”

- Niderlandda azarkeşlərin bizə münasibəti necə idi?
- Qroningendə keçirdiyimiz ilk iki oyunda azarkeşlərə icazə verilməmişdi. Boş zalda, azarkeş dəstəyi olmadan oyunlar keçirdik. Ayın 27-dən etibarən azarkeşlərin zallara girişinə rəsmi şəkildə icazə verildi. Bu da Bosniya və Hersoqovina millisi ilə matçda öz əksini tapdı. Ətraf şəhərlərdən də azarkeş dəstəyi gəldi. Sağ olsunlar, onlara elə orada təşəkkürümüzü bildirdik. Komanda son oyunu qələbə ilə başa vurdu və azarkeşləri sevindirdik. Çünki uzaq məsafə qət edib, bizə dəstək olmaq üçün gəlmişdilər. Bizi tək qoymadılar. Təbii, Bosniya və Hersoqovina millisinin azarkeşləri daha çox idi. Buna baxmayaraq, bizimkilər də fəal iştirak etdilər. Qələbəmizi həm oyunu tribunadan, həm də televeziya vasitəsilə izləyən azarkeşlərimizə həsr etdik. 

- Azarkeş demişkən, bir məqama toxunmaq istərdik. İlk matçları tribunalarda quraşdırılmış azarkeş maketləri önündə keçirdiniz. Milli olaraq ilk dəfə belə halla rastlaşırdınız. Maketlər önündə oynamaq necə bir hissdir? Həqiqətən də tribunada kimlərinsə olması hissini yaradır?
 - İndiyə qədər keçirdiyimiz yarışlarda azarkeşlərin dəstəyi altında çıxış etmişik. Təbii, belə oyunlarda süni azarkeşlərin düzəldilməsi heç də yaxşı deyil. Düzdür, baxırsan, maket kimi görünür. Amma sonuncu matçda hamımız fərqi tamamilə hiss etdik. Ən çox təsir edən o idi ki, bütün komandaların heyətində testi pozitiv çıxan oyunçular oldu. Bu da çempionatın marağını öldürdü. Demək olar, hər komandanın 3-4 oyunçusunun və ya rəsmi nümayəndəsinin testi pozitiv çıxdı. 20-21 nəfərlə Niderlanda getmişdik, amma 10-11 adamla qayıtdıq. Bu da bizə çox təsir etdi. Bəzi oyunçularımız və ya nümayəndələr, həkim, masajçı və sair, bizimlə sona qədər birlikdə olmadı. Pozitiv nəticəyə görə karantində qaldılar və geriyə dönə bilmədilər. Tezliklə bütün orada qalanların bu xəstəlikdən qurtulmasını istəyirik. Sağ-salamat qayıdıb evlərinə gəlsinlər. Çox çətin durum idi. 

"Rəhbərlikdən xahiş edəcəm ki...”
 
- Bizdə olan məlumata görə bu, milli karyeranızdakı sonuncu çempionat idi…
- Çox güman yaxın gələcəkdə qərarımı verəcəyəm. 4 ildən bir keçirildiyi üçün növbəti Avropa Çempionatında yüz faiz iştirak etməyəcəyəm. Bu AÇ mənim üçün son idi. Qarşıdan Dünya Çempionatının seçmə mərhələsi gəlir. Ən azı həmin yarışda bir oyun keçirib, daha sonra karyeramı bitirmək istərdim. Yəni, rəhbərlikdən xahiş edəcəyəm ki, vida matçı kimi bir oyunda meydana çıxım. Uzun illərdir millinin şərəfini qoruyuram. Yetərincə azarkeş dəstəyi var. Bunlar danılmazdır. Həmişə mənə hörmətlə yanaşırlar. Niderlanddakı çempionatda azarkeşlərin mənə qarşı davranışından sonra gözlərimdən yaş gəldi. Çox qürur verdi. O cümlədən Bakıdakı oyunlarda azarkeşlərin mənə hörmət bəsləməsi danılmazdır. Bunu unutmaram. Dünya Çempionatında qrup mərhələsinin oyunları yəqin ki, ev-səfər prinsipi ilə keçiriləcək. İnşallah, Bakıda baş tutacaq oyunların birində tam azarkeş dəstəyi altında vida matçı keçirəcəyəm. Çalışacağam, azarkeşlərə və rəhbərliyə minnətdarlığımı bildirim.

- Futzalımızda ikinci bir Rizvan görürsünüzmü?
- Əvəzedilməz oyunçu yoxdur. Bunu doğrultmaq, işləmək, gənclərə üz tutmaq, onları yaxşı yetişdirmək lazımdır. Niyə də yeni Rizvanlar yetişməsin? 
 
- Hazırda sizi əvəzləyə biləcək oyunçu varmı?
 - İndi deyərdim ki, çətinliyimiz var. Düzdür, heyətimizdə Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov kimi futzalçılar var. Deməzdim, cavandırlar, amma yetərincə təcrübəlidirlər. İnanıram ki, U-19-dan əsas milliyə dəvət alan futzalçılar özlərini doğruldacaqlar. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
16:09

Bu gün Azrbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X