Futzal üzrə Avropa çempionatında daha bir yarımfinalçı müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, 1/4 finalda Gürcüstan seçməsini 3:1 hesabı ilə üstələyən Rusiya millisi növbəti mərhələyə çıxıb. Komanda finala gedən yolda Ukrayna yığması ilə üz-üzə gələcək. İki ölkə arasındakı siyasi məsələlərə görə matçın olduqca gərgin keçəcəyi gözlənilir.
Digər yarımfinal oyununda isə Portuqaliya ilə İspaniya - Slovakiya cütünün qalibi üz-üzə gələcək. Hər iki qarşılaşma fevralın 4-də oynanılacaq.
Qeyd edək ki, Niderlandda keçirilən Avropa çempionatında Azərbaycan millisi də iştirak edib. Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv mübarizəni qrup mərhələsində dayandırıb.