Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.
Fanat.Az xəbər verir ki, “Baku Marriott Hotel Boulevard” otelindəki toplantı saat 10:00-da başlayacaq.
Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası olacaq.
Konfransda UEFA ((Jozef Kliment) və FİFA (Nodar Axalkatsi) nümayəndələri də iştirak edəcək.
Qeyd edək ki, Nodar Axalkatsi FİFA-nın UEFA-ya üzv assosiasiyaları İdarəetmə Departamentinin rəhbəridir. O, 2005 - 2009-cu illərdə Gürcüstan Futbol Federasiyasının prezidenti olub.
Slovakiya Futbol Assosiasiyasının sabiq baş katibi Jozef Kliment isə hazırda UEFA-nın İnkişaf şöbəsininin rəhbəridir.