"Qarşıda bizi gözəl işlər gözləyir. Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq".
Fanat.Az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Qurum rəhbəri çıxışı zamanı bunları söyləyib:
"Çətin dövr olsa da, AFFA, futbol ictimaiyyəti futbolun geridə qalmaması üçün əllərindən gələni etdi.
İctimai fondlar hər bir bölgənin öz komandalarına yiyələnməsi anlamına gəlir. Hər bir sakin öz komandasının oyununa getməlidir. Onlar bu istiqamətdə bir addım atsalar, biz iki addım atacağıq".