Gəncə şəhər stadionu söküləcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Toplantıda arenanın mərhələli şəkildə inşasına başlanılması məqsədəuyğun sayılıb. Prosesə Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra start veriləcək.
Söküntü işləri tribunaları əhatə edəcək. Söküntü işləri zamanı Kəpəz" komandası Gəncə şəhər stadionunda "ev oyunlarını keçirə biləcək.
Qeyd edək ki, iclasda "ASCO Arena"nın ot örtüyü gələn mövsümədək dəyişdiriləcəyi də bildirilib.