"Meydanda baş verənlərin çoxu bizim səhvlərimizdən oldu".
Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Aleksey Baqa deyib.
O, evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra qatıldığı mətbuat konfransında belə danışıb:
"Sadə vəziyyətlərdə səhvlərə yol verirdik. Bu da öz növbəsində təhlükəli vəziyyətlərə gətirib çıxarırdı. Rəqibin təzyiqlərinə görə yox, öz səhvlərimiz üzündən sonluq belə alındı.
Hücumda "dişsiz" oynadıq. Əli Qurbani sonradan oyuna qoşuldu. Onun üzərinə çox getmirəm. Çünki bu səhvlər yalnız onun səhvləri deyildi. Ötürmələr dəqiq olmurdu".