Almaniyanın paytaxtı Berlində "FIDE Qran-Pri" seriyasının birinci mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, yarış fevralın 17-dək davam edəcək.
Seriya üç turnirdən ibarət olacaq və ümumilikdə 24 şahmatçı mübarizə aparacaq. Hər bir şahmatçı seriyanın maksimum iki yarışında iştirak edə biləcək.
Seriyanın ikinci mərhələsi fevralın 28-dən martın 14-dək Serbiyanın paytaxtı Belqradda, son mərhələ isə martın 21-dən aprelin 4-dək yenidən Berlində baş tutacaq.
Yekunda ilk iki yeri tutan şahmatçı iyunda İspaniyanın paytaxtı Madriddə start götürəcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Ölkəmizi “FIDE Qran-Pri” seriyasının ikinci və üçüncü mərhələlərində Şəhriyar Məmmədyarov təmsil edəcək.
Hər turnirin mükafat fondu 150 min avro təşkil edəcək.
Sahib