Pekində keçirilən Olimpiya və Paralimpiya Oyunlarında qızıl medal qazanan rusiyalı idmançılar 4 milyon rubl (təxminən 90 min manat) mükafat alacaqlar. Gümüş və bürünc medalçılar isə müvafiq olaraq 2,5 və 1,7 milyon rubl alacaqlar.
Fanat.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin bu barədə bəyanat imzalayıb.
Qeyd edək ki, bu gün start götürəcək XXIV Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək. Çinin paytaxtı dünyada həm Yay, həm də Qış Oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq.