16:43 04.02.2022 579

\"Bir insanın belə səviyyədə oynaması real deyil\" - Şəhriyar Məmmədyarov

Üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir...

- Nüfuzlu Veyk-An-Zeye superturnirində dünya çempionu Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə dəyərləndirirsiniz?
- Sözsüz ki, turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Yekunda ikinci yeri tutdum. Veyk-An-Zeye superturniri böyük tarixə malik yarışdır. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticə, dörd oyunda qələbə qazanmaq müsbət haldır. Ümumilikdə çıxışımdan razı qaldım.

- Dünya çempionu Maqnus Karlsenə qalib gəlmək üçün nə lazımdır?
- Müxtəlif vaxtlarda Karlsen üzərində qələbə qazanmışam. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq, qələbələrimiz olur. Sadəcə, Maqnus daha çox qalib gəlir, dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. Dünyanın 1 nömrəli şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Maqnus Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindir.

- Niderlandda verdiyiniz müsahibədə sabiq dünya çempionu Vişvanatan Anandı axtardığınızı söyləmisiniz. Yəni, Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq sizi təəccübləndirib?
- Azərbaycan milli komandası daim ən gənc kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq. Veyk-An-Zeye turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni, yaşa baxmayaraq yaxşı oynadıq.

- Dünya çempionu sanki Şəhriyar Məmmədyarova qarşı xüsusi hazırlaşmışdı?
- Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni, kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənimlə oyunda səhvə yol vermədi. Sanki Karlsenə deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın belə səviyyədə oynaması real deyil. Nə demək olar, bu Maqnusdur. Oyunun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun çətindir. Fikrimcə bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşiylə mübarizədə səhvləri olurdu. Amma Veyk-An-Zeyedə mənlə mübarizədə səhvi olmadı.

- Maqnus Karlsen kompüterə qalib gələ bilər?
- Turnirdən əvvəl düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə, heç-heçə etmək mümkündür. Kompüterlə heç-heçə böyük uğurdur. Maqnus həmin gün mənə qarşı sərgilədiyi oyunu ortaya qoysa, kompüterə uduzmayacaq.

- Karlsen şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısınız?
- Turnir iki yerə bölündü. İlk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və toparlana bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik.

- Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış hər zaman milli komanda üçün önəmli sayılır...
- Milli komanda hər zaman önəmlidir. Bilirsiniz ki, olimpiada hər zaman mühüm yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub - əlavə əmsallara görə 2 - 5-ci yerləri bölüşdürmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Qarşıdakı olimpiadada nəticənin uğurlu olmasına çalışacağıq. Ümid edirəm ki, builki nəticə ən yaxşısı olacaq.

- Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanı olacaq?
- Zaman olduqca gəlməyə çalışacağam. Hazırda dünya şahmat reytinqində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacını fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda sözsüz ki, gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə gələcəyəm.

- Bu gündən təlim-məşq toplanışına yollanırsınız. Bu barədə danışmaq olar?
- Bu, bir sirrdir. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran-Priləri olacaq. Hər iki yarış İddiaçılar Turnirinə yollanmaq üçün son şansdır. Ona görə də 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün fikrim hazırlığa yönəlib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X