"Zirə" Rəşad Əzizli ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Zirə" PFK Rəşad Əzizliyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayır.
Qeyd edək ki, R.Əzizli 2020-ci ilin iyulunda “Zirə”yə transfer olumuşdu. Onun klubla müqaviləsinin müddəti bu ilun yayında başa çatırdı.