Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.
Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla yenib - 3:2.
Final matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Ukrayna və İspaniya arasında 3-cü yer uğrunda görüş isə həmin gün saat 17:30-da start götürəcək.