10:14 05.02.2022 363

Azərbaycan çempionatının açılış mərasimi keçirildi

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və digər nümayəndələr xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində olublar.

Kişilər arasında şahmat üzrə keçiriləcək Azərbaycan çempionatının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov qonaqları salmayaraq bildirib ki, Azərbayacanda şahmata tarixən hər zaman önəm verilmişdir və hər zaman şahmatçılarımız dünyada öz layiqli yerlərini tutublar. Bu gün dünya şahmatında ən yaxşıları içərisində 2 Azərbaycan şahmatçısı vardır. Ölkəmizdə şahmatın inkişafı və bu qədər nüfuzlu idman növünə çevrilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər və idman siyasətinin bəhrəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirir və daim diqqətdə saxlanılır. Bu sahədə inkişafı təkcə paytaxt Bakıda yox, hər bir regionda hiss etmək olur. Federasiya sədri Naxçıvan Muxtar Respublikasında da şahmata böyük diqqət və qayğı göstərilməsindən danışaraq bildirib ki, muxtar respublikda şahmatın bütün orta məktəblərdə tədris olunması imkan verir ki, bu idman növünün davamlı, yaş aralığı olmadan inkişafı təmin edilsin.

Naxçıvan Şahmat Federsiyasının ötən il də müvəffəqiyyətlə fəaliyyətini başa vurduğunu diqqətə çatdıran federasiya sədri qeyd edib ki, 1 şahmatçı - Nazlı Hümbətovanın adı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə “Gənc istedadların qızıl kitabı”na yazılıb və xüsusi aylıq təqaüdə layiq görülüb.

Şahmatçılardan Nəsrin Babayeva FİDE ustası adını qazanıb, Pərviz Qasımov beynəlxalq usta, Röya Cəlilova isə FİDE hakimi adını alıb. Bunlarla yanaşı il ərzində qəbul edilən Tədbirlər planı yerinə yetirilib, yarışlar hazırlanıb və ən əsası isə Naxçıvanda bu il ikinci dəfə premium turnir keçirilib. Yarışlar yeni istedadlı uşaqların kəşf olunmasına kömək edəcək.

Azərbaycan çempionatının yenidən Naxçıvanda keçirilməsinin sevindirici və əlamətdar hal olduğunu diqqətə çatdıran Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib ki, bu qərarın verilməsinə səbəb muxtar respublikada mükəmməl şahmat infrastrukturunun olması, yerli mütəxəssislərin, yerli şahmat federasiyasının yüksək təşkilatçılıq səviyyəsinə malik olmasıdır. Mahir Məmmədov bu münasibətlə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədrinə minnətdarlığını bildirib. Vurğulanıb ki, artıq ikinci ildir ki, bu mötəbər yarışın ünvanı Naxçıvandır. Azərbaycanın dünya şahmatında ənənəvi olaraq aparıcı rol oynaması, ən məhşur şahmat ölkəsi olması təsadüfi deyil. 70-ci illərdə ulu öndər Heydər Əliyevin şahmatın inkişafı üçün respublikanın bütün bölgələrində bu idman növünün inkişafı məqsədilə şahmat məktəblərinin inşası, kütləviliyin təmini və şahmat mütəxəssislərinin hazırlanması istiqamətində verdiyi ardıcıl qərarların nəticəsində mümkün olub. Məhz buna görə də ölkə başçısı İlham Əliyevin imzaladığı 2009-2014-cü illərdə şahmatın inkişafı ilə bağlı Dövlət proqramının əsas müddəalarının həyata keçirilməsi yönündə muxtar respublika hazırda lider mövqədədir. Xüsusilə, ümumtəhsil məktəblərində şahmatın tədris olunması dünya şahmat tarixində unikal hadisədir. Bunun nəticəsidir ki, hazırda Naxçıvanın öz qrossmeysteri, beynəxalq ustaları, FİDE ustaları, FİDE və beynəlxlaq hakimləri var.

Mahir Məmmədov ardıcıl olaraq ikinci dəfə Naxçıvanda yeni formatda keçirilən Azərbaycan çempionatında iştirak edən hər bir şahmatçıya uğurlar arzulayıb.

Yarışın baş hakimi Lütfiyar Rüstəmov çempionatın yüksək səviyyədə təşkil olunması üçün yaradılan şəraitə görə minnətdarlıq edib, qaydalar haqqında məlumat verib.

Sonra şahmat çempionatının püşkü atılıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X