Fevralın 5-də Naxçıvan Muxtar Respublikasında şahmat üzrə Azərbaycan çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, 24 iti zəka sahibinin qatıldığı yarışda ilk gedişləri gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər.
Açılış turunda reytinq favoritlərin əksəriyyəti qalib gəlib. Ümumilikdə 9 şahmatçı aktivinə bir xal yaza bilib. Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Məmmədov, Misrətdin İskəndərov, Murad İbrahimli və Pərviz Qasımov oyunlarını qələbə ilə başa vurublar.