"Səbail” heyətinə daha bir qapıçı cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Hüseynəli Quliyevi transfer edib.
Onunla müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Hüseynəli Quliyev “Səbail” üçün tanış futbolçudur. O, 2017/18 mövsümündə “Gənclər Liqası”nın bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib. Daha sonra “Sabah”ın ikinci komandasında çıxış etməyə başlayan qolkiper son olaraq “Sumqayıt”ın formaını geyinib.
“Səbail” bundan əvvəl “Zirə”dən ayrılan qapıçı Rəşad Əzizli ilə də müqavilə bağlamışdı.