Niderlandda keçirilən futzal üzrə Avropa çempionatının qalibi Portuqaliya yığması olub.
Fanat.Az xəbər verir ki, pireneylilər finalda Rusiya üzərində qələbə qazanıb - 4:2.
Bu, Portuqaliya yığmasının ardıcıl ikinci qitə çempionluğudur.
Portuqaliyalılar ilk belə uğurunu 2018-ci ildə qazanıb.
Qeyd edək ki, Avropa çempionatında bürünc medalı 3-cü yer uğrunda görüşdə Ukraynaya 4:1 hesabı ilə qalib gələn İspaniya qazanıb.