Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən yanvarın 27-də parkur, yanvarın 29-da isə akrobatika gimnastikası üzrə hakimlik imtahanları keçirilib.
Fanat.Az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda parkur idman növü üzrə 2, akrobatika gimnastikası üzrə isə 8 Azərbaycan təmsilçisi iştirak edib.
Təmsilçilərimizin hər biri imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələniblər.