15:09 07.02.2022 879

Azarkeşlər mərkəzi oyuna hazırdır: "Neftçi"ni ciddiyə almırıq"

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start veriləcək. Mərkəzi görüş "Neftçi"  və "Qarabağ" komandaları arasında keçiriləcək. 

Fanat.Az əzəli rəqiblərin azarkeşlərinin prinsipial oyunla bağlı fikirlərini öyrənib:

İlkin Bayramov ("Forza Neftçi"): "Hər şey əladır. Yaxşı hazırlaşmışıq. Stadiona gedib  sevimli komandamıza dəstək olacağıq. İnşallah, 3 xalı qazanıb sevinmək istəyirik. Adi oyunlarda necə dəstək veririksə, bu gün də elə olacaq. Bu mövsüm çempionluğa gəlincə isə, mümkünsüz heç nə yoxdur. Düşünürəm ki, hər şey öz əlimizdədir".

Elvin İbrahimov ("İmarət tayfa"): "Sonuncu dəfə böyük pankart açmışdıq. Bu gün isə xüsusi bir şey olmayacaq. "Neftçi"ni elə də ciddiyə almırıq. "Keşlə" və ya digər klublarla oyuna yanaşdığımız kimi bu matça hazırlaşmışıq. Amma qeyd edim ki, "Sabah"la oyunlarımıza daha çox diqqətlə yanaşırıq. Bu komanda ilə matçlara xüsusi hazırlaşırıq. "Neftçi"ni məğlub etdikdə isə sadəcə olaraq xüsusi həzz alırıq. Bu gün  iş günün olmasına baxmayaraq "İmarət tayfa" hər zaman olduğu kimi "Qarabağ"a lazım olan dəstəyini verəcək. Çalışacağıq tribunada hər şeyin ən idealını edək. 

Mövsümün sonuna qədər komandamızdan çempionluq gözləyirik. Buna inanırıq. Böyük ehtimalla "Qarabağ" bu mövsüm çempion olacaq. Bunun üçün klubumuzun kifayət qədər yaxşı formada olan heyəti var. Onsuz da hamı ötən ilin çempionluğunun necə olduğunu gözəl bilir. Bu il isə "Qarabağ"ın çempion olmayacağına inanmıram. Komandamız yüksək səviyyəli oyun nümayiş etdirir. Heç elə bil Azərbaycan çempionatının komandası deyil. "Real Madrid"lə belə qarşılaşsa, "Qarabağ" öz oyun üslubunu qoruyub saxlayır. Əminik ki, hər bir matçda komandamız qalib gələcək. Hətta hansısa oyunda qol vura bilməsə belə, futbolçuların nümayiş etdiridiyi performansdan razı oluruq. Azarkeş olaraq içimizdə zərrə qədər belə şübhə yoxdur. Bu gün "Qarabağ" qalib gələcək. "Neftçi" bizim üçün əzilməyə layiq komandadır". 

Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu saat 19:00-da "Baksell Arena"da keçiriləcək. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2025
09:43

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:22

Cüdoçularımız Avropa Kubokundan 9 medalla dönürlər

09:00

Klublararası dünya çempionatı: "Mançester Siti" 1/8-ə darmadağınla yüksəldi

00:55

"Real Madrid" azlıqda qalib gəldi

22 İyun 2025
23:00

Burak Yılmız işsiz qaldı

22:21

"Yuventus" Mərakeş təmsilçisinə qalib gəldi

21:53

"Afrikanın ən böyük zibilliklərindən birində böyümüşəm" - Viktor Osimhen

21:10

Azərbaycan badmintonçularından beynəlxalq turnirdə uğurlu çıxış

20:15

Almaniya nəhəngi "Liverpul"un iki vingerini birdən almaq istəyir

19:39

"Komandada həddən çox oyunçu var" - Qvardiola Gündoğandan danışdı

19:00

Ölkə başçısı futbolçu nəvəsindən danışdı

18:23

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

17:58

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazandılar

17:30

Əfsanəvi döyüşçü karyerasını bitirdi - Bakıda açıqlandı

16:56

"Barselona" Şensnı ilə bağlı qərarını verdi -AÇIQLAMA

16:25

"Aris" növbəti transferini razılaşdırdı

15:53

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

15:12

Azərbaycan millisi Avropa çempionatına yollandı

14:21

Raşford Yamaldan danışdı - "O, normal biri deyil"

13:50

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ

13:30

"Azərbaycan millisi MDB Oyunlarında uğurlu nəticələr qazanacaq" -Aqil Nəbiyev

12:09

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

11:41

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı - RƏSMİ

11:20

Günün oyunları bu kanallarda - AFİŞA

10:53

Klublararası dünya çempionatı: 2-ci tura yekun vurulur

10:16

Klopp Virtsin "Liverpul"a keçidini şərh etdi

09:42

Mourinyu ilə Mançinininin İtaliya millisinə təyinatını Buffon əngəlləyib - TƏFƏRRÜAT

09:00

Serxio Ramosun komandası Argentina nəhənginə uduzmadı

01:58

Camal Hill Bakıdakı UFC turnirinin əsas döyüşündə Rountriyə yenildi

01:45

"Bu millətə bağlıyam" - Rafael Fiziyev

01:39

Rafael Fiziyev Bahamondesi məğlub etdi

01:04

Klublararası dünya çempionatı: "Borussiya" da çətinliklə qazandı, "İnter" də

00:51

Tofiq Musayevin UFC-dəki debütü uğursuz alındı

00:24

"Məni burada yenmək istəyən tapança ilə gəlməlidir" - Nazim Sadıxov

21 İyun 2025
23:59

Nazim rəqibini nokautla yendi

22:51

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

22:10

Azərbaycan yığması "Airom Cup" turnirində çempion oldu

21:53

Azərbaycan klubunun adı dəyişdirildi

21:22

Azərbaycan seçməsi Avstriyaya uduzdu

20:49

Bakıda UFC turniri start götürdü

Facebookdan bizi izləməyi unutmayın.
X