Malta yığmasının kapitanı Andrey Acius milli karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, məlumatı ölkənin futbol assosiasiyasının rəsmi saytı yayıb.
36 yaşlı müdafiəçi qərarını bu gün keçirilən mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, Acius 2006-cı ildə formasını geyindiyi milli komandada 102 görüş keçirib və 2 qol vurub. O, hazırda ölkəsinin "Hibernians" klubunda çıxış edir.
Xatırladaq ki, Malta yığması martın 25-də evdə Azərbaycan millisi ilə yoldaşlıq matçı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Emin