"Komandam optimal formasından uzaq idi. İtkilərimiz də var idi. Matça tam hazırlaşa bilməmişdik".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra qatıldığı ənənəvi mətbuat konfransında belə danışıb:
Futbolçularımı təbrik edirəm. Vacib 3 xalı yaxşı oyunla qazandılar. İstəkli komandaya qarşı oynayırdıq."Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhvlər etdi. Gənc olsa da, mən istəyirəm ki, bu yaşda daha tez böyüsünlər. Aqressiv danışırdım ki, özünü ələ ala bilsin.
Bəzi epziodlarda bir az arxayınlıq oldu. Rəqib də bundan istifadə etməyi bacardı. İnanıram ki, bu matçı analiz etdikdən sonra bizə çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq və diqqətli olmalı idik. Hər bir halda oyundan və komandamdan razı qaldım. Hər iki komanda azarkeşləri möhtəşəm idi. Gözəl derbi oldu".
50 yaşlı çalışdırıcı Maksim, Vadjinin və Qaranın niyə oynamadığını açıqlayıb: "Maksimin əzələsində mikro zədə var idi. Ciddiyə də almaq olar. İnanıram ki, qarşıdakı günlərdə əvvəlki qaydasına qayıdacaq. Vadji özünü narahat hiss etdi. Bu gün test verdi, neqativ çıxdı. Meydana buraxmağa risk etmədik. Qara Qarayevdə qızdırma oldu. Koronavirusa yoluxmuşdu.