Futbol üzrə Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Benfika”ya 1:3 hesabı ilə yenilib.
Renat 72-ci dəqiqədə meydana buraxılıb.
21 tura 20 xal yığan “Tondela” 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.