Naxçıvanda şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda üçüncü turun görüşləri baş tutub. Əvvəlki partiyaları qələbə ilə başa vuran Vasif Durarbəyli və Misrətdin İsgəndərov bu dəfə bir-birilə münasibətləri aydınlaşdırıblar. Liderlərin dueli "sülh"lə yekunlaşıb. Maksimum göstəriciyə malik digər şahmatçı Aydın Süleymanlı isə Nicat Məmmədovla görüşdə məğlubiyyətlə üzləşib.
Bu nəticələrdən sonra xallarını 2,5-ə çatdıran Vasif, Misrətdin və Nicat turnir cədvəlində liderlər qrupunda qərarlaşıblar. Aydın Süleymanlı, Xəzər Babazadə, Pərviz Qasımov, Murad İbrahimli, Uğur İlyaslı, Əhməd Əhmədzadə, Eltac Səfərli, İsmayıl Şahəliyev və Fərid Abbasov hərəyə 2 xal hasil ediblər.
Qeyd edək ki, 24 şahmatçının qatıldığı Azərbaycan çempionatına fevralın 18-də yekun vurulacaq. Yarışda ilk 4 yeri tutanlar mart ayında Sloveniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar.
Sahib