"Meydandan xalla ayrılmağa çalışdıq. Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. Çempionat gərgin keçəcək".
Fanat.Az-ın məlumatına görə, bunu "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev deyib.
O, evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra qatıldığı mətbuat konfransında belə danışıb:
"Düzü, böyük gözləntilərdən danışmaq düzgün alınmaz. Heyətə baxanda da bunu görmək olar. Amma oyunumuzla azarkeşlərimizi sevindirməyə çalışırıq. Daha çox gənclərə şans veririk. Qarşımıza hər hansı vəzifə qoyulmayıb. Mübariz komanda formalaşdırmalıyıq".