I divizionun XVIII turunda "Ağsu" ilə qarşılaşacaq "Araz" Muxtar Respublikanı tərk edib. Fanat.az xəbər verir ki, Bakıya gələn komanda burdan Ağsuya yollanacaq.
Bu gün günün ikinci yarısında "qırmızı-ağlar" matçın keçiriləcəyi stadionda məşqə çıxacaq. Qeyd edək ki, "Ağsu"- "Araz" matçı fevralın 23-də Ağsu şəhər stadionunda keçiriləcək. Oyunun baş hakimi isə Orxan Məmmədov olacaq.
Fanat.az