Naxçıvanda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün yarışda dördüncü turun oyunları keçirilib. Liderlərlərdən Vasif Durarbəyli Nicat Məmmədovla xalı yarı bölüb. Misrətdin İsgəndərov isə Aydın Süleymanlıya uduzub.
Turun yekunlarına əsasən, Aydın Süleymanlı, Pərviz Qasımov, Murad İbrahimli, Nicat Məmmədov, Əhməd Əhmədzadə və Vasif Durarbəyli hərəyə 3 xalla 1-6-cı yerləri bölüşürlər. Onları 2,5 xalla Misrətdin İsgəndərov, Xəzər Babazadə, Toğrul Həsənzadə və İsmayıl Şahəliyev izləyir.
Qeyd edək ki, 24 şahmatçının qatıldığı Azərbaycan çempionatına fevralın 18-də yekun vurulacaq. Yarışda ilk 4 yeri tutanlar mart ayında Sloveniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar.