Fevralın 24-də Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğu turnirində iştirak edəcək Azərbaycan güləşçilərinin adları bəlli olub.
Fanat.Az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, ənənəvi yarışda ölkəni ümumilikdə 26 güləşçi təmsil edəcək. Onlardan 8-i sərbəst, 14-ü yunan-Roma üsulu ilə mübarizə aparan pəhləvanlar, 4-ü isə qadın güləşçilərdir.
Sərbəst güləş: İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (97 kq).
Yunan-Roma güləşi: İbrahim Nurullayev (55 kq), Eldəniz Əzizli (60 kq), Taleh Məmmədov, Murad Məmmədov (63 kq), Namaz Rüstəmov, Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə, Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murad Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki (130 kq).
Qadın güləşi: Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (65 kq).
Qeyd edək ki, Yaşar Doğu turnirinə fevralın 27-də yekun vurulacaq.