14:05 09.02.2022 665

“Sabah”ın inamlı addımları, “Neftçi”dən erkən “ağ bayraq” - Turun mənzərəsi

“Keşlə” – “Zirə” qarşılaşmasıyla Azərbaycan Premyer Liqasında qış fasiləsi rəsmən başa çatmış oldu. Düzdü, buna qədər ölkə kubokunun ¼ final mərhələsinin oyunlarına çıxan elita təmsilçiləri “qış yuxusu”ndan oyanmışdılar. Amma razılaşaq ki, çempionatın həyacanı bir başqadı. XV turda keçirilən oyunlara və onların nəticələrinə sırasıyla nəzər yetirək.

“Keşlə” – “Zirə” 0:1 
Qol:
Hamdaui, 45
Qırmızı vərəqə: İlkin Qırtımov, 39

“ASK Arena”da keçirilən oyunda “Keşlə” rəqibinə minimal hesabla boyun əydi. İlkin Qırtımovun meydandan qovulmasıyla kapitansız gəmiyə çevrilən “Keşlə” xeyli zəif və həvəssiz görünürdü. Azər Salahlını “Neftçi”yə satan qəsəbə təmsilçisi bununla keyfiyyətli futbolçularından daha birini itirmiş oldu. Yerdə qalanların da olan-qalan mübarizə əzmi komandanın Şamaxıya köçəcəyi ilə bağlı xəbərdən sonra yerləbirdi. Razılaşmaq lazımdı ki, azərbaycanlı futbolçuların və bura gələn əcnəbilərin əyalətlə bağlı fobiyası var. Onlar meqapolisdən uzaqlaşmağı sevmir, “bakılı oğlan” olmağı sevirlər. Bu köçün futbolçulara və “Keşlə”nin çıxışına təsirini gələcək oyunlarda da görəcəyik.

“Zirə”nin əhvalı isə yerindədi və yüksələn xətlə inkişaf edir. Kubok mübarizəsində “Səbail”i 4:0 hesabıyla məğlub edən Rəşad Sadıqovun komandası cavab qarşılaşmasını formallığa çevirib. Bu tur “Qəbələ”nin “Sabah”a yenilməsi də “Keşlə” üzərində qələbənin əhəmiyyətini artırmış oldu. 25 xallı “Zirə”ni 2-ci pillədəki “Qəbələ”dən indi cəmi bir xal ayırır. “Keşlə” isə 14 xalla 6-cı sırada “möhkəmlənib”.

“Neftçi” – “Qarabağ” 1:2 
Qollar:
Mert Çelik, 82 - Kadi Borqes, 25; 62

“Neftçi”nin qış fasiləsində gücləndiyini düşünənlərin ümidləri “Qarabağ”la oyunda doğrulmadı. “Ağ qaralar” əsas rəqibinə 1:2 hesabıyla uduzdu. Özü də doğma meydandı. 25 və 62-ci dəqiqələrdə fərqlənən Kadi Borqes turun mərkəzi qarşılaşmasını “bir aktyorun teatrı”na çevirdi. Bununla belə qələbəni təkcə onun ayağına yazmaq olmaz. “Köhlən atlar” tam formada olmaslar belə, “Neftçi”dən qat-qat üstün görünürdülər. Təkcə bir məqamı xatırlamaq yetər ki, görüşün mənzərəsini aydınladaq. “Qarabağ”ın gürcüstanlı qapıçısı Luka Quqeşaşvili birinci hissədə işsiz qaldı və ilk qurtarışını təxminən 70-ci dəqiqədə etməli oldu. 

Mert Çelikin 82-ci dəqiqədə gələn qolu intiriqanı qızışdırsa da, “Neftçi”nin bundan artığına gücü çatmadı. Qonaqların son 10 dəqiqədə müdafiədən oynaması isə daha çox ardıcıl əvəzetmələrin və bundan doğan taktiki dəyişliyin nəticəsi idi. Heç təsadüfi deyil ki, “Neftçi”nin təsəlli qoluna hücumçular yox, müdafiəçi imza atdı. Deməli, “ağ qaralar”ın hücum potensialı rəqibin müdafiə xəttinin yaracaq gücdə deyildi.

Bu qələbə sayəsində “Qarabağ” xalını 36-a yüksəltdi və ən yaxın izləyicisi “Qəbələ”ni 10 xal, “Neftçi”ni 14 xal qabaqladı. Məğlub olan “Neftçi” çempionluq yarışından bir qədər də qopdu. Artıq böyük ehtimalla demək olar ki, Samir Abasovun çalışdırdığı komanda çempionluq titulunu qoruya bilməyəcək. Komanda ən yaxşı halda aşağı əyarlı medallar və Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparmaq gücündədi. 22 xallı “Neftçi” 4-cü pillədədi.

“Sabah” – “Qəbələ” 3:0  
Qollar
:
Coy-Lens Mikels, 38. Xuan Kamara, 41. Xulio Rodriqes, 76

“Qəbələ” bu mövsüm “Sabah”a qarşı əməlli-başlı sindrom yaşayır. Bu sindrom dünənki oyunda da özünü göstərdi. Amma heç kəs “Qəbələ”nin 0:3 hesabıyla məğlub olacağını gözləmirdi. Fasiləyə qədər qapısında iki qol görən “qırmızı-qaralar” ikinci hissədə daha bir qola üzülüb, böyük hesablı məğlubiyyətlə barışmalı oldular. Görünür, “Sumqayıt”la kubok oyununda böyük güc itirən əyalət təmsilçisi “Sabah”la qarşılaşmaya qədər bu gücü bərpa etməyi bacarmadı. Bu turu xalsız başa vuran “Qəbələ” həm də “Zirə”nin fərqi azaltmasına şərait yaratmış oldu.

Murad Musayevin gəlişindən sonra “Sabah” əməlli-başlı inkişaf yolu keçir. “Qarabağ”la məlum oyunu saymasaq, Masazır təmsilçisi məğlubedilməzdi. Kubok qarşılaşmasında da “Sabah” “Neftçi” ilə səfər oyunundan sərfəli nəticəylə dönüb. Deməli, “Sabah”ın avrokuboklarda iştirak şansı yüksəkdi. Yetər ki, bu temp qorunsun. “Qəbələ”nin isə toparlanması, bir məğlubiyyətə görə ruhdan düşməməsi vacibdi.

Hazırda “Qəbələ” 26 xalla “Qarabağ”ın ən yaxın izləyicisidi. 5-cü pillədəki “Sabah”ın isə 20 xalı var. 4-cü yerdəki “Neftçi”ni üstələmək üçün iki xal çatmır.

“Səbail” – “Sumqayıt” 1:1 
Qollar:
Domantas Şimkus,18 - Camal Araqo, 65-öz qapısına

Autsayderlərin görüşündə qələbəyə sevinən olmadı. Baxmayaraq ki, 18-ci dəqiqədə hesabı açan “Səbail” buna çox yaxın idi. Amma Aftandil Hacıyevin seçim imkanının geniş olmaması, yararsız süni örtüyün futbolçuları hədsiz yorması hesabın qorunmasına imkan vermədi. Acınacaqlısı odu ki, “Səbail” qələbəni avtoqolla əldən buraxdı. İranlı hücumçu Əli Qurbani qapıya paralel ötümə verdi. Təhükəni sovuşdurmağa çalışan Camal Araqo öz qapısını “nişan aldı”.

Görünən odu ki, “Sumqayıt”ın xeyli ciddi problemləri var. Həmin problemləri aradan qaldırmaq Aleksey Baqa üçün asan olmayacaq. “Sumqayıt” kubokdan da əlini üzməyə yaxındı. “Gənclik şəhəri”nin təmsilçisi ilk görüşdə “Qəbələ”yə 0:1 hesabıyla uduzub, özü də doğma meydanda. Premyer Liqada da işlər qaydasında getmir. Cəmi 13 xalı olan “Sumqayıt” 7-ci pillədədi. Bu göstəriciyə görə onlar təkcə 11 xallı “Səbail”i qabaqlayırlar.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X