Binəqədi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş məktəblərarası futzal turniri keçirilib.
Fanat.Az-a verilən məlumata görə, yarış Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 205 nömrəli məktəbdə keçirilib.
Rayonun 32 məktəbinin iştirakı ilə keçirilən turnirinin nəticəsinə əsasən, yarışın qalibi 205 nömrəli tam orta məktəbin komandası olub. 2-ci yeri 179-un, 3-cü yeri isə 3 nömrəli tam orta məktəbin komandası tutub. Qalibləri Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev mükafatlandırıb.