Azərbaycanlı müdafiəçi Turan Manafovun icarə əsasında çıxış etdiyi "Olimpiakos Volos" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qış fasiləsində "Səbail"dən ayrılaraq Yunanıstanın ikinci liqa təmsilçisinə yollanan Turanın komandası 14-cü turdan təxirə salınmış görüş çərçivəsində "Trikala" ilə qarşılaşıb.
Ardıcıl dördüncü səfər matçını keçirən Turanın komandası budəfəki görüşdən 2:1 hesabıyla qalib ayrılıb ki, futbolçumuz start "11-lik"də meydana çıxaraq 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Olimpiakos Volos" keçirdiyi 15 oyunda cəmi 13 xal toplayaraq 17 komandanın iştirak etdiyi yarışda 15-ci pillədə qərarlaşıb.
Mirağa