Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Zaksa” (Polşa) matçında baş hakim olacaq. Görüşdə ikinci hakim funksiyasını serbiyalı Mirko Jankoviç yerinə yetirəcək.
Qarşılaşma fevralın 12-də Rusiyanın Novosibirsk şəhərində təşkil olunacaq.