Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli bu gündən kollektiv məşqlərə start verib.
Fanat.Az-ın məlumatına görə, "Jutarnij List" bundan öncə fərdi çalışmalarla kifayətlənən azərbaycanlı forvardın hansı matçda debüt edəcəyini də açıqlayıb.
Mənbə Azərbaycan millisinin oyunçusunun "Qoritsa" ilə çempionat qarşılaşmasında oynamayacağını vurğulayıb. Mahirin "Sevilya" ilə Avropa Liqasının pley-off mərhələsinin matçında meydana çıxmaq ehtimalı isə yüksək qiymətləndirilib.